Putinin Paşinyanla bağlı qərarı müxalifəti şoka saldı

saytların hazırlanması

Evə çatdırılma

Putinin Paşinyanla bağlı qərarı müxalifəti şoka saldı

Siyasət

02 İyun 2024 11:00 654


Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustindən tutmuş tənqid etdikləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya qədər siyasətçilər var. Rusiyanı idarə edənlərin Nikol Paşinyanı təbrik etmələri radikal müxalifətlə mübarizədə Ermənistan hökumətinin mövqelərini gücləndirir.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistanın radikal müxalifət təmsilçiləri son açıqlamalarında Qərb ölkələrini tənqid etməyə başlayıblar, ancaq arxalandıqları Rusiyadan da real dəstək ala bilmədilər: Toyuqlu pizza

"Çünki zəifdirlər. Kremlin Nikol Paşinyandan xoşu gəlməsə də, Ermənistanda ona alternativ siyasətçi tapa bilmir, keşiş də işə yaramadı. Buna görə də Kreml hələ ki, Paşinyanla yola davam qərarı verib".

Qeyd edək ki, ötən gün Nikol Paşinyanın 49 yaşı tamam olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!