Rusiya Prezidenti Vladimir Putin şəxsi həyatı və ailəsi ilə bağlı detalları gizli saxlamağı ilə də çox zaman müzakirə mövzusuna çevrilib. Onun 2013-cü ildə boşandığı ilk həyat yoldaşın Lyudmila Putinadan Katerina Tixonova və Mariya Vorontsova adlı iki qızının olduğu barədə müxtəlif dövrlərdə fikirlər səslənib. Lakin Rusiya prezidenti bunu heç vaxt təsdiqləməyib. Katerina Tixonovanın Moskva Dövlət Universitetinin müəllimi olduğu bildirilir.
Yenisabah.az xəbər verir ki, iyunun 4-də Katerina Tixonova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bu iddialar səbəbilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
Bildirək ki, 2015-ci ildə bir rus jurnalist Tixonova ilə özəl reportaj hazırlayıb, lakin o, dərhal çox müəmmalı şəkildə internetdən silinib. Marqarita pizza
Ümumiyyətlə, Vladimir Putin haqqında hər gün yeni iddialar ortaya atılır. Məsələn, ötən il rus mətbuatı Putinin köhnə bir təmizlikçidən 17 yaşında bir qızı olduğunu yazıb.
Telegram kanalımız