Putinin qızına koronavirus peyvəndi vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Putinin qızına koronavirus peyvəndi vuruldu

Dünya

11 Avqust 2020 13:26 1187


Rusiya Prezidenti Vladimir Putin ilk koronavirus vaksinini hazırladıqlarını açıqlayıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Putin, tezliklə kütləvi istehsalına başlanacaq vaksinin öz qızına tətbiq edildiyini bildirib. 

Prezident peyvəndin “davamlı immunitet” qazandırdığını deyib.  Sezar pizza

Moskvada Gamaleya Universiteti tərəfindən hazırlanan peyvəndin Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildiyi açıqlanıb.  Rusiyanın səhiyyə naziri Mixail Muraşko Covid-19 a qarşı vaksinin tədqiqatlarının klinik sınaq mərhələsini müvəffəqiyyətlə başa vurduğunu bildirib. 

Peyvənd iki aydan az müddətdə hazırlanıb və sınaqdan keçirilib. Bəzi mütəxəssislər Rusiyanın vaksini bu qədər sürətlə tapmasına şübhə ilə yanaşırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!