Putinin səsi niyə dəyişib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Putinin səsi niyə dəyişib? - Video

Dünya

26 Noyabr 2025 16:31 623


Kreml Putinin dəyişən səsinə aydınlıq gətirib.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, Vladimir Putinin Bişkekə səfəri zamanı Qırğızıstan prezidenti Sadık Japarovla apardığı danışıqlarda səs tonunun dəyişməsi (batması) diqqəti cəlb edib.

Rusiya prezidenti danışıqlarında səsi onun normal səs tonundan daha qalın olub. Dördpendirli pizza

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin səsində müşahidə olunan dəyişikliyi “adi bir hal kimi” qiymətləndirib.

Peskov deyib ki, “Səs bir az batıb, bu, bəzn olur.”

Bundan əvvəl Putin illik tibbi müayinədən keçdiyini bildirmişdi. Müayinə demək olar ki, 2 sutka davam edib və Prezident həmin gecələrdən birini tibbi müəssisədə keçirməli olub. O, sağlamlıq yoxlanışının nəticələrindən "hər çey yaxşıdır" sözləri ilə bəhs edib.

İlhamə Qasımlı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!