Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-yə səfər edib.
Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bu barədə məlumatlı mənbə danışıb.
O bildirib: “Dmitriyev ABŞ-də bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək”. Dominos pizza
CNN daha əvvəl məlumatlı mənbələrə istinadən Dmitriyevin ABŞ-yə səfəri barədə məlumat yaymışdı. Onların sözlərinə görə, “Dmitriyev ABŞ və Rusiya arasında münasibətlərin müzakirəsini davam etdirmək üçün Donald Tramp administrasiyasının nümayəndələri ilə görüşəcək”.
Telegram kanalımız