"Rusiya və Ermənistan arasında sıx təmaslar Dağlıq Qarabağda sülhməramlıların hərəkətləri ilə bağlı məsələlərin aydınlaşdırılmasına kömək edəcək".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarını dəqiqləşdirməyin zəruri olduğunu bəyan edib. pizza
“Başlanğıc nöqtəsi olan üçtərəfli sənədlər var. Əsas odur ki, tərəflərin bu sənədlər üzrə götürdükləri bütün öhdəlikləri yerinə yetirsinlər. Suallar varsa, təbii ki, onlara cavab verilməlidir. Eyni zamanda, erməni tərəfi ilə müxtəlif səviyyələrdə mövcud olan sıx təmaslar bizə mövcud məsələlərə aydınlıq gətirməyə imkan verəcək”, - deyə Peskov vurğulayıb.
Telegram kanalımız