Putinin sülh üçün tələbi yayıldı -   İnanılmaz şərtlər

saytların hazırlanması

Evə çatdırılma

Putinin sülh üçün tələbi yayıldı - İnanılmaz şərtlər

Siyasət

28 May 2025 19:10 3706


Rusiya Prezidenti Vladimir Putin sülh bağlamağa hazırdır, lakin heç də “nəyin bahasına olursa olsun” yox.

Yenisabah.az xəbər verir ki, bu sözləri Kremlin mövqeyi ilə ən yüksək səviyyədə tanış olan rus mənbəsi “Röyters”ə bildirib.

Danışıqlardan xəbəri olan üç mənbə bildirib ki, Putin Qərb ölkələrindən NATO-nun şərqə doğru genişləndirilməyəcəyi və Ukrayna, Gürcüstan, eyni zamanda Moldovanın alyansa üzv olmayacağı haqda “yazılı” öhdəlik almaq istəyir. pizza hut

Bundan əlavə, Rusiyanın tələbləri arasında aşağıdakılar var:

- Ukrayna üçün neytral status;

- bəzi Qərb sanksiyalarının ləğvi;

- dondurulmuş aktivlər məsələsinin həlli;

- Ukraynanın rusdilli sakinlərinin müdafiəsi.

Putin həmçinin ərazi məsələsində də qəti mövqe sərgiləyir. İndi o, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin tam halda Rusiyanın nəzarəti altına keçməsini istəyir. Halbuki bu vilayətlərin heç də bütün ərazisi Rusiya ordusunun işğalı altında deyil./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!