Putinin təmsilçisi Azərbaycana dair: Heç bir dərin səbəb yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Putinin təmsilçisi Azərbaycana dair: Heç bir dərin səbəb yoxdur

Dünya

27 Oktyabr 2025 14:13 134


Rusiya Azərbaycanla humanitar əlaqələrin qurulmasını azərbaycanlı tərəfdaşları ilə eyni dərəcədə bərpa etməyə hazırdır.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

O qeyd edib: “Həmişə demişik ki, Rusiya tərəfdaşlarının hazır olduğu hər şeyə hazırdır. Azərbaycanlı dostlarımız və həmkarlarımız humanitar əlaqələrin, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin bərpasına nə dərəcədə hazırdırlarsa, biz də eyni dərəcədə hazırıq”. Marqarita pizza

Şvıdkoy Rusiya və Azərbaycanı çoxəsrlik tarixin bağladığını, xalqların bir-biri ilə sıx bağlı olduğunu və hər iki ölkədə cəmiyyətin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri paylaşdıqlarını qeyd edib:

"Mənə elə gəlir ki, münasibətlərimizi tam bərpa etməmək üçün heç bir dərin səbəbimiz yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!