Putinin təyyarəsini Budapeştə uçarkən Rusiya və Türkiyə qırıcıları müşayiət edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Putinin təyyarəsini Budapeştə uçarkən Rusiya və Türkiyə qırıcıları müşayiət edəcəklər

Dünya

18 Oktyabr 2025 15:51 381


"Rusiyanın qırıcıları Kremlin rəhbəri Vladimir Putinin təyyarəsini Budapeşt yolunda müşayiət edəcəklər".

Oxu.Az xəbər verir ki, bunu "Moskovski Komsomolets" nəşrinə rusiyalı hərbi ekspert, Rusiya aviasiyasının general-mayoru Vladimir Popov deyib.

Bildirilir ki, "İl-96" təyyarəsini təxminən dörd "Su-30SM" və ya "Su-35" qırıcısı müşayiət edəcək. pizza sifarişi

Bundan başqa, "AIRLive" nəşrinin məlumatına əsasən, Qara dənizin üzərindən uçduqdan sonra drondan istifadə etməklə mümkün təxribatın qarşısını almaqdan ötrü Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri əməliyyata qoşulacaqlar.

Nəşr qeyd edir ki, ən mümkün marşrutlardan biri aşağıdakı kimidir: Xəzər dənizi, İran, Türkiyə, Aralıq dənizi, Monteneqro və Serbiya üzərindən Budapeştə.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin yaxın iki həftə ərzində Budapeştdə görüşü planlaşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!