Qab yuyan, fanatları qorxuya salan... - Rəhbərlərdən ibarət 125 milyard dollarlıq siyahı

saytların hazırlanması

Evə çatdırılma

Qab yuyan, fanatları qorxuya salan... - Rəhbərlərdən ibarət 125 milyard dollarlıq siyahı

İdman

31 Yanvar 2020 14:25 1621


Dünyanın ən varlı idman klublarının sahiblərinin adları açıqlanıb. 

“Yeni Sabah” xəbər verir ki, siyahı “Ceoworld” jurnalının ekspertləri tərəfindən tərtib edilib. 

Dərc olunmuş cədvəldə 42 ən varlı sahibkarın adı qeyd olunub. İlk onluqda Amerika Birləşmiş Ştatlarının (ABŞ) klublarına rəhbərlik edən milyarderlər dayanıb. Eyni zamanda onluqda adı keçən şəxslərin ortalama varidatı 125 milyard ABŞ dollarını keçir keçir.  Dördpendirli pizza

Siyahıya amerikalı biznesmen Stiv Balmer rəhbərlik edir. Belə ki, 2014-cü ildə “Microsoft”un baş direktoru vəzifəsini tərk edən Balmer Milli Basketbol Assosiasiyasında çıxış edən “Los-Anceles Klippers”in rəhbəridir. 

Siyahının ilk 10-luğunu diqqətinizə çatdırırıq:

1.     Stiv Balmer - “Los Angeles Clippers”, 51,7 milyard

2.     Devid Tepper – “Carolina Panthers”, 12 milyard

3.     Filip Anşuts – “Los Angeles Kings”,  “LA Galaxy”, 11,5 milyard

4.     Stanley Kronke – “Los Angeles Rams”, “Arsenal”, “Denver Nuggets”,     “Colorado Avalanche”, “Colorado Rapids”, 9,7 milyard

5.     Ceri Cons – “Dallas Cowboys”, 8,6 milyard

6.     Mikki Arison – “Miami Heat”, 8,1 milyard

7.     Şahid Xan – “Jacksonville Jaguars”, 7,8 milyard

8.     Stiven Ross – “Miami Dolphins”, 7,6 milyard

9.     Robert Qraft – “New England Patriots”, “New England Revolution”, 6,9 milayrd 

10.    Daniyel Qilbert – “Cleveland Cavaliers”, 6,5 milyard 

Yuxarıda adları qeyd edilən milyarderlərdən bəziləri ilə bağlı maraqlı faktlar toplamışıq. Belə ki, Şahid Xan Pakistanda orta gəlirli bir ailədə doğulub. 16 yaşından iş həyatına atılan milyarder bu yola qab yumaqla başlayıb. Amerikaya üz tutan Ş.Xan eyni zamanda, mühəndislik təhsili alıb. Uşaqlıq dönəmində qırıq radioları təmir edən milyarder Amerikada maşın hissələrinin yığılması işi ilə də məşğul olub. İdmana böyük marağı onu zaman-zaman bu sahəyə yönəldib. Milyarder olması isə pul yığmaq ilə başlayıb. İllər sonra yığdığı pulun üzərinə şirkətdən kredit götürərək bir az da pul qoyub və əvvəllər işlədiyi şirkəti satın alıb. Bunun ardından İngiltərə futbol klubu “Fulham”ın səhmlərini əldə edib. Daha sonra isə Amerikanın futbol klubu “Jacksonville Jaguars”i alıb.

“Arsenal”ın sahibi Stanley Kronkenin səmimiliyinə İngiltərə klubunun azarkeşləri inanmır. Belə ki, onlar milyarderin klubdan qazandığı pulları şəxsi mənafeyi üçün istifadə edəcəyindən narahatdırlar. Klubun uğursuz çıxışını da onun adı ilə bağlayan tərəfdarlar var. Fanatlar öz açıqlamalarında dəfələrlə bunun barədə açıqlama verib və bildiriblər ki, transfer siyasətini düzgün apara bilməyən şəxs klub rəhbərliyindən getməlidir. Onlar qorxurlar ki, “Arsenal”ı bütünlüklə ələ alan milyarder klubun maddi cəhətdən zəifləməsinə gətirib çıxardacaq.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!