Qabil Məmmədov Azərbaycana gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qabil Məmmədov Azərbaycana gətiriləcək

Siyasət

31 İyul 2025 12:22 107355


“Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədovun respublikaya gətirilməsi mütləq baş tutacaq. Birinci növbədə bu, beynəlxalq qanunlar çərçivəsində öz həllini tapacaq. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır, heç bir ölkənin cinayətkarları Azərbaycanda gizlədilmir. Ona görə də, vaxtilə ölkəmizdə cinayət törədən, bu gün gedib digər ölkələrə sığınanlar Azərbaycana təhvil veriləcəklər”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, həmin şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı Azərbaycanın tələbi beynəlxalq hüquqa söykənir:

“Məlumdur ki, Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluğa çağırılıblar. Eyni zamanda ötən gün artıq Qabil Məmmədovla bağlı məhkəmə qərarı ictimaiyyətə açıqlandı - ona 16 il şifahi həbs cəzası verildi.  pizza

Heç kim hüquqdan qaça bilməz, cinayət törədib, gedib haradasa gizlənə bilməz. Onlar haqlı olaraq öz cəzalarını alacaqlar. Qabil Məmmədovun dələduzluq və digər cinayətləri təsdiqlənib, o, ölkəyə gətiriləcək və öz cəzasını da çəkəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gentleman
    Kimsə kimisə sevmək və ya xoşlamaq məcburiyyətində deyil. Mən hansısa qurumu və ya strukturu və ya hansısa naziri, məmuru sevmirəmsə buna görə heç kim məni nədəsə ittiham edə bilməz. Elə bir qanun yoxdur. O məmur mənim üçün məni qoruyan haqqlarımı müdafiə edən və ya haqlı səbəbdən cinayətkaramsa cəza verəndir. Oda yenə mənə görədir. Ancaq mənim fikrimə və ya mənəviyyatıma yada görünüşümə görə mənə heç kimin haqqı yoxdur ki cəza versin. Məmur vətəndaşın qulluqçusudur ağası deyil. Bu qanundur. Ona görə dövlət qurucusu deyilir, millətin ağası deyilmir
    9 months ago
  • Ramil
    Cinayətkarlarnan mübarizə gedirsə, ilk növbədə nazirlərin və deputatların gəlirlərini, bizneslərini araşdırmaq lazımdır, başda Aydın Hüseynov olmaqla, dövlətə, cəmiyyətə ziyan vuranlar hakimiyyətin daxilindədir əsas, xaricində yox.
    10 months ago
  • Tahir Aliyev
    Cinayətləri bir yana qalsın,o çür söyüşlərə təhqirlərə görə onları boğazından asmaq lazımdır.
    10 months ago
  • Endymion
    Birini sevmemek ne vaxtdan cinayet oldu? Zorla sevdireceksiz?)
    10 months ago
  • Saddam
    Qabilə hörmətlə yanaşılıb. Adı narkotiklə, silah satışı ilə hallanmır????
    10 months ago
  • Azər Həsənli
    Mən şərhimi göndərdim. Ümid varam ki, admin onu buraxdıracaq. Əks halda bura şərh yeyi olmayacaq, məddahlar məkanı olacaq. Azər Həsənli. Azərbaycan. 01.08.2025
    10 months ago
  • Azər Həsənli
    Milli Məclisin deputatı Ayudın Hüseynov deyir ki, "Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədovun respublikaya gətirilməsi mütləq baş tutacaq.". Onlar gətiriləcəkmi? Xeyir, gətirilməyəcək. Onlar özləri Vətənə gələcəklər. Ancaq indi deyil. Öncə xalq azad olmalıdır və həqiqi seçkilər keçməlidir. Vəssalam... Azər Həsənli. Azərbaycan. 01.08.2025
    10 months ago
  • Xəyyam
    Bəs bu qədər deyilənlər doğru deyilmi ?? Insan haqqları yeyilməsi xaricdə küllü miqdarda mirasları,üstü açılan sheyleri doğru deyilmi ?. ???
    10 months ago
  • Arif
    Şimali Koreyaya baxaq. Prezidentlərini, onların nəslini necə də dərin məhəbbətlə sevirlər. Öyrənməkvı öyrətmək lazımdır. Yeni sabahın yazarlarında da o dərin sevgi hiss olunmur. Ürəklərini hələ tam açmırlar. Amma Qabil və onun dəstəsinin Prezidentimizə qarşı antisevgisi sonsuzdur, dərya kimidir, tükənməzdir.
    10 months ago
  • Arif
    Şimali Koreyaya baxaq. Prezidentlərini, onların nəslini necə də dərin məhəbbətlə sevirlər. Öyrənməkvı öyrətmək lazımdır. Yeni sabahın yazarlarında da o dərin sevgi hiss olunmur. Ürəklərini hələ tam açmırlar. Amma Qabil və onun dəstəsinin Prezidentimizə qarşı antisevgisi sonsuzdur, dərya kimidir, tükənməzdir.
    10 months ago
  • Vazeh
    Gulnura xanım, siz yazırsınız ki, prezidentini, millətini sevməyənlər öz cəzasını almalıdır. Adam isə tamam başqa şeydə günahlandırılır-dələduzluqda və digər cinayətlərdə. Siz nəyi nəzərdə tutursunuz, aydın olmadı.
    10 months ago
  • Aslan
    Parlamentdə və hakimiyyətdə oturanların əksəriyyəti elə özləri cinayətkardılar. Bu seçilməmiş sifarişli deputat gedib güzgüyə baxsın əgər cinayətkar görmək istəyirsə
    10 months ago
  • Aslan
    Parlamentdə və hakimiyyətdə oturanların əksəriyyəti elə özləri cinayətkardılar. Bu seçilməmiş sifarişli deputat gedib güzgüyə baxsın əgər cinayətkar görmək istəyirsə
    10 months ago
  • Haller
    ...cinayet toredenler nece serhedi kecibler?!...hem de gor nece nefer?!...ve...esas da odur ki, bu ""cinayetkarlar" cinayet torediblerse, niye gizlenmeyibler ve tam eksine.. maraqlidir...
    10 months ago
  • Gulnura
    Oz prezidentini, milletini, torpaqini sevmiyen hec sexsiyyet deyil.cezaslnl almalidi
    10 months ago