Qabrelyanov: “Ermənistanda vətəndaş müharibəsi gözlənilir“

saytların hazırlanması

Evə çatdırılma

Qabrelyanov: “Ermənistanda vətəndaş müharibəsi gözlənilir“

Rəsmi

20 İyun 2022 10:11 1218


“Paşinyan var gücü ilə ölkəni vətəndaş müharibəsinə aparır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri media maqnat Aram Qabrelyanov öz “Telegram” kanalında yazıb:

“Ermənistan mətbuatının məlumatına görə, müxalif əhval-ruhiyyəli gənclər, qubernator müavininin qohumları və Paşinyanın deputatları arasında münaqişə dünən Araqatsotn qubernatorunun müavininin qohumlarına məxsus yanacaqdoldurma məntəqəsində başlayıb. pizza

Gənclər Paşinyanın adamları və qubernatorla kobud danışıblar, kiçik insident yaşanıb, bundan sonra tərəflər dağılışıb. Ertəsi gün münaqişə qubernator müavini və deputat Matevos Asatryanın qohumlarının gənclərə atəş açdığı həmin yanacaqdoldurma məntəqəsində davam edib.

KİV-in məlumatına görə, 2 gənc ölüb, beş nəfər yaralanıb.

Beləliklə, Paşinyanlar açıq şəkildə rəqiblərini öldürməyə başlayaraq Pandoranın qutusunu açıb. Ermənistanın xüsusi xidmət orqanları başa düşməlidir ki, Baş nazir var gücü ilə ölkəni vətəndaş müharibəsinə aparır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!