Qaçırıldığı deyilən səfirdən ilk açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qaçırıldığı deyilən səfirdən ilk açıqlama

Dünya

02 Oktyabr 2024 15:45 465


İsrailin Kiprdəki səfirinin oğurlanması faktı qeydə alınmayıb, bunlar hamısı saxta xəbərlərdir.

Yenisabah.az xəbər verir ki, bu barədə səfir Oren Anolik öz “X” hesabındakı videomüraciətində bildirib.

“Eşitdim ki, haqqımda yalan şayiələr gəzir. Sizi əmin etmək istəyirəm ki, hər şey qaydasındadır. Deyəsən, kimsə bütün dünyanın mənə zəng etməsini, mesaj yazmasını və yəhudilərin Yeni ilini təbrik etməsi üçün çox yaradıcı bir yol tapıb!”. Pepperoni pizza

Xatırladaq ki, bundan əvvəl “Reuters” agentliyi Kiprdəki İsrail səfiri və onun 2 yoldaşının sahildə oğurlandığını və naməlum istiqamətə aparıldığını xəbər vermişdi: "Onlarla bir neçə saat ərzində əlaqə kəsilmişdi. Kipr Təhlükəsizlik Xidməti oğurlanma faktını təsdiqləyib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!