“Qaçqınkom”da növbəti vətəndaş qəbulu keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Qaçqınkom”da növbəti vətəndaş qəbulu keçirilib

Sosial

27 Avqust 2019 14:12 1086


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

Dövlət Komitəsindən “Yeni Sabah”a daxil olan məlumata görə, Komitə sədri əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib.

Xəbərdə bildirilib ki, vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub. pizza

Dövlət Komitəsindən vətəndaşlara bir daha bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülür və proses mərhələli şəkildə həyata keçirilir. 

Həmçinin məlumat verilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır. Qəbulda olan vətəndaşlara bildirilib ki, onların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!