YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Qaçqınkom”un 286 minlik tenderini vergi borcu olan şirkət uddu

“Qaçqınkom”un 286 minlik tenderini vergi borcu olan şirkət uddu

İqtisadiyyat

12 Sentyabr 2022 08:29 1613


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Cyberspace” MMC olub.

Yeniavaz.com xəbər verir ki, “Qaçqınkom” Bakı, Gəncə şəhərlərində, Bərdə, Oğuz, İsmayıllı və Qax rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinə görə “Cyberspace” MMC-yə 286 min manat 41 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Cyberspace” MMC-nin qanuni təmsilçisi Abbasəliyev Ervin Sahib oğludur. 40 manat nizamnamə kapitalı olan şirkət 2 aprel 2001-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, ötən günə (9 sentyabr) olan məlumata görə, “Cyberspace” MMC-nin dövlət büdcəsinə 76 min 4 manat 74 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!