Türkiyənin Zonquldak şəhərində qadın bərbəri H.E.-nin yanında şagird olan 14 yaşlı qıza qarşı cinsi istismarda ittiham olunaraq həbs edilib.
Yenisabah.az xəbər verir ki, qadın bərbərxanasında işləyən yeniyetmə ailəsinə müəssisənin sahibindən şikayətlənib. O, H.E.-nin cinsi zorakılıq etdiyini və seksual mesajlar göndərdiyini bildirib.
Ailə Baş Prokurorluğa gedərək şikayət ərizəsi yazıb. Uşağın pedaqoqun müşayiəti ilə verdiyi ifadəsində H.E.-nin ona toxunub öpdüyünü, iş yerində onu qısnayaraq cinsi tələblər etdiyini bildirib. Sezar pizza
Polisin göstərişi ilə saxlanılan H. E. ifadəsində ittihamı rədd etsə də, bərbər həbs edilib.
Bu hadisədən sonra H. E.-nin iş yerində 2 digər şagirdin müqaviləsi birtərəfli qaydada ləğv olunub.
Əsmətxanım
Telegram kanalımız