Cənubi Koreyada cinsi istismara qarşı mübarizə aparan Ədalət Partiyasının sədri Kim Conq-çeol vəzifədən uzaqlaşdırılıb.
Yenisabah.az xəbər verir ki, buna səbəb onun partiyasındakı xanım millət vəkilinə seksual münasibət təklif etməsi olub.
Məsələ ilə bağlı açıqlama verən partiya sədrinin müavini Bae Bok-coo aparılan istintaq zamanı Kimin hər şeyi etiraf etdiyini və buna əsasən, İntizam Komissiyası tərəfindən vəzifəsinin sonlandırıdığı vurğulayıb. Dominos pizza
Telegram kanalımız