“Qadın əlini ağzına salıb dişini qurdalayır, belə şey olar?”

saytların hazırlanması

Evə çatdırılma

“Qadın əlini ağzına salıb dişini qurdalayır, belə şey olar?”

Siyasət

09 İyun 2020 09:09 1653


“Müşahilərimdən onu görürəm ki, hər 7-8 nəfərdən yalnız biri maskadan istifadə edir”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat Çingiz Qənizadə deyib.

O qeyd edir ki, vətəndaşların koronavirusla mübarizədə sağlamlıqlarına biganə qalması insanı dəhşətə gətirir: pizza sifarişi

“İndi maşınla gedirəm. İctimai nəqliyyatda demək olar ki, 95 faiz insan maskasızdır. Küçədə gördüyüm dörd nəfərdən üçü maskasızdır. Biri də çənəsindən sallayıb. Dalbadal adamlar keçir heç birində maska yoxdur. Bir qadın əlini ağzına salıb dişini qurdalayır. Ürəyim partlayır, belə şey olar ?!”

Ç.Qənizadə, belə məsuliyyətsiz vətəndaşlara görə bütün insanların həftəsonu evdə qaldığını bildirir:

"Bax indi qabağımdan daha iki nəfər maskasız keçdi. İndi yenə binadan iki uşaq çıxdı, əlini dəmirə vurub ağzına aparırlar. Vallah dəhşətdi. Nəhayət, indi maska taxan bir qadın gördüm. Maska taxıb mağazaya gedir. Yəni, müşahilərimdən onu görürəm ki, hər 7-8 nəfərdən biri maskadan istifadə edir. İctimai nəqliyyatda da həmçinin maskadan istifadə olunmur. Belə məsuliyyətsiz insanlara görə, həftəsonları evdə qalmağa məcburuq. İndi oğlu ilə bir qadın maskası çənəsindədir. Elə bil ki, boğazını qoruyur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!