Qadın futbolçusu ilə yatan baş məşqçi işdən qovuldu 

saytların hazırlanması

Evə çatdırılma

Qadın futbolçusu ilə yatan baş məşqçi işdən qovuldu 

İdman

29 Mart 2024 14:50 439


"Lester"in qadınlardan ibarət komandasının baş məşqçisi Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyalı mütəxəssisin komanda üzvlərindən biri ilə münasibətdə olduğuna görə vəzifəsindən göndərildiyi bildirilib. Baş məşqçi davranış kodeksini pozmaqda günahlandırılıb.  Pepperoni pizza

Komanda müvəqqəti olaraq Ceniffer Fosterə tapşırılıb. İngiltərə millisinin sabiq üzvü olan Foster buna qədər Uilli Kirkin köməkçisi işləyib. 

Qeyd edək ki, 45 yaşlı Uilli Kirk 2022-ci ilin yayından "Lester"i çalışdırırdı. Komanda hazırda İngiltərə çempionatında 16 xalla turnir cədvəlinin 9-cu pilləsində yer alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!