Qadın idmançıları tənqid edən məmur vəzifədən kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Qadın idmançıları tənqid edən məmur vəzifədən kənarlaşdırıldı

İdman

15 Yanvar 2020 12:55 1132


Türkiyə Milliyetçi Hərakat Partiyasının (MHP) üzvü, Düzcə Kaynaşlı bələdiyyəsinin sədri Birol Şahin işindən azad edilib.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb onun qadınlardan ibarət Türkiyə voleybol millisinin Tokio-2020-də keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmasından sonra sosial şəbəkədə yazdığı sərt tənqid olub. MHP başqanının müavini Sadir Durmaz B.Şahinin işdən çıxarılması barədə açıqlama verib:

“Millətimizin haqlı qürur mənbəyi olan “filə ulduzlar”ı haqqında çirkin paylaşım etdiyinə görə, Birol Şahin bələdiyyə başqanı siyahımızdan silindi”.   Dördpendirli pizza

Qeyd edək ki, keçmiş məmur “Sən Allahın əmrinə qarşı çıxırsan, bədənini açırsan, sonra da Olimpiya Oyunlarına gedirəm deyə sevinirsən. Bundan sonra dünya çempionu olsan, Olimpiya oyunlarını qazansan, nə fərqi?  Dinimizə görə qadınlar idmanla yox, öz ev işləri ilə məşğul olmalıdırlar. Daha çılpaq şəkildə kişilərin qarşısına çıxmaq lazım deyil”, - deyə yazmışdı. Bundan sonra o, tənqid edilmiş, məmurun istefası tələb edilmişdi. 

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!