Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər

saytların hazırlanması

Evə çatdırılma

Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər

Dünya

17 İyul 2020 07:05 2952


Rusiyalı jurnalist Alina Didkovskaya Moskva Şəhər Məhkəməsində soyunmağa məcbur edildiyini açıqlayıb.

Bu barədə “Lenta.ru” məlumat yayıb.

Jurnalistin üzərində “İvan Safronova azadlıq” yazılmış köynəyi qurumun əməkdaşlarının xoşuna gəlməyib. Jurnalist məhkəməyə köynək və plaşda gəlib. Lakin girişdə köynəyi soyunması və məhkəmə iclasına sadəcə plaşla daxil ola biləcəyi qeyd olunub. Dördpendirli pizza

“Sadəcə plaşın yaxasını bağlamaq və köynəyi örtməyə icazə vermədilər. Nəticədə məhkəmədə çılpaq bədənin üzərinə plaş geyinmiş halda oturmuşam. Çox qəribə hissdir”, - deyə A.Didkovskaya bildirib.  

Xatırladaq ki, köynəyin üzərində yazılan sözlər “Roskosmos” dövlət korporasiyasının məsləhətçisi və “Kommersant” nəşrinin keçmiş jurnalisti İvan Safronova həsr olunub. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!