Qadın kişini bıçaqladı - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Qadın kişini bıçaqladı - Azərbaycanda

Kriminal

26 Aprel 2020 21:26 806


Şirvan şəhərində bıçaqlanma olub.

Yenisabah.az xəbər verir ki, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının qarşısında baş verib.

Qeyri-rəsmi nigah halında yaşadığı qadın tərəfindən bıçaqlanan Şirvan sakini, 1977-ci il təvəllüdlü İbrahimov İbrahim Şahmurad oğlu Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. İçki məclisində yaranmış münaqişə nəticəsində Şəbnəm adlı qadın ona üz və boyun nahiyəsindən 3 bıçaq xəsarətləri yetirib. Arteriya damarı zədələnən yaralı çoxlu qan itirib. Sezar pizza

Hazırda qadının saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!