“Səhər-səhər” verilişinin qonağı olan müğənni Xatun Əliyeva maraqlı açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, o, Əməkdar artist Elza Seyidcahanı bir daha parodiya etməyəcəyini bildirib. İfaçı xanım həmkarının onu məhkəmə ilə hədələdiyini deyib:
“Elza Seyidcahan məni məhkəmə ilə hədələdi. Mən də ondan sonra parodiya etmədim. İstəmədim məhkəməyə gedim. Xanım məhkəmələrə getməz. Bizim övladlarımız var. Gedənlərin də aqibətini gördük. Məni başqa bir məsələyə görə məhkəməyə vermişdilər. O məhkəmədə hakim savadlı insan idi, iddianı rədd elədi. Qadağada olan parodiyalarım var, amma etmək istəyirəm, edə bilmirəm”. pizza sifarişi
Telegram kanalımız