Qadın qardaşını və anasını bıçaqladı - Ağsuda dəhşət

saytların hazırlanması

Evə çatdırılma

Qadın qardaşını və anasını bıçaqladı - Ağsuda dəhşət

Kriminal

22 Aprel 2020 12:43 838


Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenisabah.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Cəbiyeva Arzu Şaməddin qızı evlərində qardaşı, 1974-ci il təvəllüdlü Cəbiyev Müslüm Şaməddin oğlu və anası, 1938-ci il təvəllüdlü Cəbiyeva Maniya Məcid qızını bıçaqlayıb. Yaralı Ağsu rayon Mərkəzinə çatdırılaraq əməliyyat olunub. pizza sifarişi

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cəbiyev sərxoş vəziyyətdə evə gələrək, bacısı A.Cəbiyeva ilə mübahisə edib. Mübahisə nəticəsində A.Cəbiyeva mətbəx bıçağı ilə qardaşını bıçaqlayıb. Həmin vaxt onların mübahisəsini sakitləşdirmək istəyən anaları M.Cəbiyeva da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!