Qadın xadimə işlədiyi evdən 28 min manatlıq qızıl oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Qadın xadimə işlədiyi evdən 28 min manatlıq qızıl oğurladı

Kriminal

08 Oktyabr 2022 12:00 1253


Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq qızıl oğurlayıb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub. pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!