Hindistanın Bihar əyalətində yeni doğulmuş körpənin xəstəxanadan qaçırılması böyük əks-səda doğurub.
Yenisabah.az xəbər verir ki, Sədar xəstəxanasının yenidoğulmuşlara baxım bölməsində baş verən bu hadisə anbaan təhlükəsizlik kameralarına düşüb.
Görüntülərdə şəxsiyyəti hələlik müəyyən edilməyən bir qadının xəstəxanaya girdiyi görünür. Qadın diqqəti cəlb etməmək üçün çox sakit və inamlı davranır. Şöbənin qapısından içəri girəndən sonra o, bir müddət ətrafı yoxlayır, sonra içində yeni doğulmuş oğlan uşağı olan beşiyə yaxınlaşır. Dominos pizza
Kamera görüntülərinə görə, qadın körpəni qucağına alaraq qısa zamanda şöbəni tərk edir.
Həmin an xəstəxana işçiləri və digər xəstələr vəziyyəti anlamayıblar. Hadisə yalnız körpənin ailəsi müayinəyə gələndə üzə çıxıb.
Körpənin atası şokda olduqlarını bildirib: "Nə edəcəyimizi bilmirik. Bu, açıq-aydın xəstəxanada təhlükəsizlik pozuntusudur. Onlar mənim uşağımı dərhal geri qaytarmalıdırlar".
Hadisədən sonra polis araşdırmaya başlayıb. Yerli hakimiyyət orqanları körpənin tezliklə tapılması və ailəsinə qovuşması üçün bütün imkanları səfərbər etdiklərini açıqlayıblar.
Əsmətxanım
Telegram kanalımız