“Qadına deyilən “kimsə saxlayır“ sözünü qəbul etmirəm“   - Tanınmış aparıcı

saytların hazırlanması

Evə çatdırılma

“Qadına deyilən “kimsə saxlayır“ sözünü qəbul etmirəm“ - Tanınmış aparıcı

Şou

18 Yanvar 2021 10:57 1015


Tanınmış aparıcı, aktrisa Könül Yusifqızı pandemiya dövründə dolanışığı ilə bağlı məlumat verib.

Yenisabh.az xəbər verir ki, Moderator.az-a danışan aktrisa ad çəkməsə də yaxın adamının ona maddi dəstək olduğunu deyib:

“Gəlirim ümumiyyətlə yoxdur, heç yoxdur. Doğma bir insan mümkün qədər mənə kömək olur. Buna da şükür. Pis gün bir gün olar, bir ay olar, üç ay olar, 9-10 aya bir şey qalar?” pizza mizza

Sənətçi “indi deyəcəklər ki, Könül Yusifqızını kimsə "saxlayır"” sualına da cavab verib:

“Mənim fikrim şəhidlərimizə, əsgərlərimizə, qazilərimizə köklənib. Bu ərəfələrdə amalım bir vətəndaş olaraq etdiyim, gördüyüm işlə dövlətimin, dövlətçiliyimin, sevdiyim prezidentimin yanında olmaqdır. Bu mənim vətəndaş mövqeyimdir. Sizin sözünüzə gəldikdə isə "saxlayır" sözünü qəbul etmirəm. Qadın antikvar əşya deyil ki, kimsə onu saxlasın. Xanım sevdiyi, seçdiyi, könül verdiyi kişi ilə sevgili ola və ya ailə həyatı qura bilər. Tək deyiləm... Özümdən başqa qızım və pişiyim də var”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!