Qadına hədə-qorxu gələn şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Qadına hədə-qorxu gələn şəxs həbs edildi

Hadisə

22 Mart 2021 17:40 881


Quba RPŞ-yə müraciət edən rayon sakini olan qadın bir nəfərin hədə-qorxu gəlib ondan 300 manat pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini E.Niftəliyev müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. Pepperoni pizza

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!