Qadına qarşı zorakılıq edən polis işdən çıxarıldı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Qadına qarşı zorakılıq edən polis işdən çıxarıldı - Video

Kriminal

17 Fevral 2021 12:57 870


Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı işdən çıxarılıb.

Yenisabah.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyində (DİN) sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.

Məlum olub ki, bərbərxanada qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxs Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğludur. O, tutduğu vəzifədən azad edilib. Dördpendirli pizza

DİN-in Mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində polis əməkdaşının bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılıb.

Belə ki, bərbərxanaya daxil olan polis qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Qadın isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Bundan sonra polis əməkdaşı həmin qadını polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb. (Report)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!