“Qadına “samovar” deyən adamı necə müdafiə edim?“ - Qalmaqal böyüyür

saytların hazırlanması

Evə çatdırılma

“Qadına “samovar” deyən adamı necə müdafiə edim?“ - Qalmaqal böyüyür

Maraqlı

15 Mart 2023 16:47 1397


Qadına “samovar” deyən adamı mən necə müdafiə edim?" 

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

O bildirib: “Müxalifət cəbhəsinin niyə bu səviyyəyə enməsi barədə bir söz deyə bilmərəm. Amma bilirsiniz ki, həmişə siyasi motivlə həbs edilənlərin hamısını müdafiə etmişik. Pepperoni pizza

Əvvəl də bunu demişəm, mən Bəxtiyar Hacıyevi o vaxta qədər müdafiə edə bilərdim ki, onun mesajları ortaya çıxmazdı. Bundan qabaq deyirdim ki, Bəxtiyarı azadlığa buraxılmalıdır. İndi də deyirəm.

Düzdür, məni müxalifət söyür, lakin Bəxtiyara həmin qadınlarla bağlı işlətdiyi ifadələrə görə ayrıca cəza verilməlidir. Həmişə müxalifət deyirdi ki, hökumət şəxsi görüntüləri çəkir və s. İndi isə hökumət etməyib, özü hüquq müdafiəçisi olan şəxs bunu edib. Qadınların videosunu, şəklini Bəxtiyar özü çəkib. Qadına “samovar” deyən adamı mən necə müdafiə edim?"

N. Cəfəroğlu əlavə edib: "Mən Qadın Hüquqları Müdafiə Cəmiyyətiyəm, arxamca yüz söz deyilir. Biz nə qədər qadını müdafiə etmişik, xeyli sayda ərizələr var. Bu gün barəmdə təhqirlər yazsalar da, Bəxtiyarı müdafiə etməyəcəyəm. Qadınlar haqqında nalayiq sözlər deyən, onların şəkillərini özündə saxlayan adama qətiyyən bəraət qazandırmıram, onu ayrıca maddə ilə cəzalandırmaq lazımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!