Bursadakı meşəlik ərazidə it gəzdirən iki qardaş meşədə qadına təcavüz etməyə çalışan şəxs görüb.
Yenisabah.az xəbər verir ki, şübhəli dərhal hadisə yerindən qaçmağa çalışıb. Lakin “Karlos” adlı pitbull cinsi it onu yaxalayıb. Ərazidə yerləşən dükan sahibi isə təcavüzə cəhd edən şəxsi döyüb. Müraciətə əsasən, bölgəyə polis və tibb işçiləri gəlib. Meşədə huşunu itirən F.D. adlı qadın dərhal Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib, təcavüzçü isə dükan sahibinin əlindən güclə qurtarılaraq nəzarətə götürülüb.
Telegram kanalımız