Qadını döyüb 2000 manatlıq telefonunu aldı

saytların hazırlanması

Evə çatdırılma

Qadını döyüb 2000 manatlıq telefonunu aldı

Kriminal

19 Mart 2021 13:16 755


Kəpəz rayon Polis İdarəsinə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də saat 2 radələrində şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib.

DİN mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!