Qadını şantaj edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qadını şantaj edən şəxs tutuldu

Kriminal

05 May 2021 12:21 981


Şəkidə qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən gənc qadın mayın 3-də tanışının onun şəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov müəyyən edilərək saxlanılıb. pizza mizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!