Qadını şantaj edib, 15 min tələb edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qadını şantaj edib, 15 min tələb edən şəxs tutuldu

Kriminal

11 Fevral 2021 13:28 645


Şabran Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15000 manat pul tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilmiş və o, saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!