Yevlax rayonu ərazisində tamah məqsədi ilə gənc qızı qətlə yetirən taksi sürücüsünün məhkəməsi başlayır.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) və 181.3.3-cü ( quldurluq) maddəsi ilə təqsirləndirilən Fərmanov Əhliman İbiş oğlunun məhkəmə prosesinə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev sədrlik edəcək.
Xatırladaq ki, 2019-cu il mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçiriblər. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib. Toyuqlu pizza
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən taksi sürücüsü, Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
İstintaq zamanı məlum olub ki, icarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə.Fərmanov gənc qıza hücum edərək onun üzərindəki pulları və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb. Ə.Fərmanov daha sonra qızın boğazını kəsərək onun öldüyünə əmin olmaq istəyib və meyitini su kanalına ataraq uzaqlaşıb.
Qeyd edək ki, hadisəni törədən şəxs Yevlaxın Qaramanlı kənd ərazi dairəsinə daxil olan Nəmərli kəndində doğulub. Lakin sonradan o, ailəsindən boşanıb və dələduzluq əməlinə görə həbs edilib. Əvvəllər məhkum olunmuş Ə.Fərmanov artıq polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Azər İsrafilov
Telegram kanalımız