Bakıda 30 yaşlı qadını zorlamaqda təqsirli bilinərək məhkum olunan Loktionov Ruslan Oleqoviç Ali Məhkəməyə müraciət edib.
“Yeni Sabah”ın məlumatına görə, onun müraciətinə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.
Xatırladaq ki, Ruslan Loktionov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Dördpendirli pizza
Qeyd edək ki, hadisə 2019-cu ilin yanvar ayında Nəsimi rayonu ərazisində baş verib. Naməlum kişi gecə işdən evə gələn qadına hücum edib. Oğlan qadını yaşayış binasının həyətinə itələyib və orada onun çənəsinə zərbə vuraraq sındırıb. Təcavüzkar öz qurbanına bədən xəsarətləri yetirib və onu zorlayıb. Bu vaxt yaxınlıqda post-patrul xidmətinin əməkdaşları olub. Polislər qadının qışqırıq səsini eşidərək onun köməyinə qaçıblar. Asayiş keşikçilərini görən təcavüzkar qaçmağa başlayıb, lakin polislər onu saxlayıblar. Saxlanan şəxsin Qazaxıstan vətəndaşı, 29 yaşlı Loktinov Ruslan Oleqoviç olduğu məlum olub. Ruslan Loktinova qarşı Nəsimi rayon prokurorluğunda cinayət məcəlləsinin 149.2.4-cü maddəsi ilə ittiham elan edilib.
Azər İsrafilov
Telegram kanalımız