Qadının pul kisəsini oğurlayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qadının pul kisəsini oğurlayan şəxs saxlanıldı

Kriminal

24 Aprel 2021 10:48 700


Aprelin 21-də Gəncə şəhər sakini olan bir qadın, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında, tanımadığı bir şəxsin onu itələyərək yerə yıxması və içərisində 100 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçdığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus pul kisəsini soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 33 yaşlı Pərviz İsmayılov olması müəyyən edilib.

P. İsmayılov saxlanılaraq istintaqa təhvil verilib. Toyuqlu pizza

Bundan başqa RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mədət-zadə saxlanılaraq polis idarəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 450 qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!