Qusar rayonunda uşağına görə qonşusunu döyən qadın həbs edilib.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Aygün Muradova (ad və soyad şərtidir) Qusar rayon məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib. O cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib.
Araşdırma zamanı məlum olub ki, hadisə bu ilin 27 may tarixində baş verib. Dominos pizza
Belə ki, Aygün Muradova qonşusu Zalikə Bağırovanın (soyad şərtidir) evinə gedərək 10 yaşlı oğlunun üstünə qışqıraraq onun evin darvazasını təmizlətdirdiyinə görə mübahisə etməyə başlayıb. Daha sonra, onun evinin həyətinə daxil olub və Zalikəni itələyib yerə yıxaraq əl-qol zərbələri ilə onu döyüb.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Aygün Muradova ifadəsində özünü tam təqsirli bilib: “Dava zamanı hər ikimiz yerə yıxıldıq, bu zaman qaynanam gəlib məni Zalikədən ayrıb evə apardı”.
Zərərçəkmiş şəxs qismində dindirilən Zalikə Bağırova ifadəsində Aygünlə barışmadığını bildirərək şikayətçi olduğunu deyib.
Telegram kanalımız