Qadınlar və uşaqlar tərəfindən törədilən cinayətlərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qadınlar və uşaqlar tərəfindən törədilən cinayətlərin sayı açıqlandı

Kriminal

18 Fevral 2021 15:32 569


Ötən il cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2,2 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Yenisabah.az-a verilən məlumata görə, 2019-cu il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 16,4 faiz azalmış, 14-17 yaşda olan uşaqların sayı isə 0,3 faiz artıb.

2020-ci ildə qadınlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlərin sayı müvafiq olaraq 7,0 faiz və 9,3 faiz, yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlərin sayı isə müvafiq olaraq 26,8 faiz və 12,9 faiz azalıb. Əvvəlki illə müqayisədə qadınların və yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilmiş cinayətlərin sayında da müvafiq olaraq 26,6 faiz və 1,8 dəfə azalma müşahidə olunub. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!