Qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs həbs edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs həbs edildi - Video

Hadisə

29 Dekabr 2021 19:43 907


İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən və onların görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Həmin şəxsin Bakı şəhər sakini 25 yaşlı Samir İbrahimov olması müəyyən edilib. O, tutduğu əməldən peşiman olduğunu və səhvə yol verdiyini etiraf edib. Bununla belə onun hərəkətlərində xırda xuliqanlıq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə barəsində toplanmış matereallar baxılması üçün məhkəməyə göndərilib. Dördpendirli pizza

Məhkəmənin qərarı ilə onun barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!