Qadınlardan ibarət komandamız dünya çempionatında beşinci oldu

saytların hazırlanması

Evə çatdırılma

Qadınlardan ibarət komandamız dünya çempionatında beşinci oldu

İdman

30 İyul 2023 17:59 830


Qadın sablyaçılarımız İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında komanda yarışında beşinci olub.

Yenisabah.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası millisinə 43:45 hesabı ilə uduzub.

Komandamız beş-səkkizinci yerlər uğurunda keçirilən görüşlərdə Yunanıstan yığmasına (45:42) və Yaponiya seçmə kollektivinə (45:44) qalib gələrək, 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına ən yüksək reytinq xalları verən dünya çempionatında beşinci olub. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!