Son günlər gündəm mövzusuna çevrilən Əfsanə - Səxavət cütlüyündən yeni xəbər var.
Yenisabah.az xəbər verir ki, əri Səxavət İsayev tərəfindən mütəmadi zorakılığa məruz qaldığını, at qamçısı ilə döyüldüyünü deyən Əfsanə İsayeva sığınacaqdan açıqlama verib. Lakin o nədənsə polisə bu barədə izahat verməkdən, tibbi ekspertizadan imtina edib.
Qadın evə qayıdıb-qayıtmayacağı ilə bağlı qərar vermədiyini, ona vaxt verilməsini istəyib: “Xoşqədəm xanım xahiş edirəm, mənə bir az zaman verin. Ərizəm isə qalsın”. pizza sifarişi
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı isə qadına əl qaldıranları sərt tənqid edib:
“Səxavət, və Səxavət kimi kişilər, vurduğunuz, incitdiyiniz qadınlar bir damla göz yaşı belə axıdıbsa, o arxanca məzar evinə qədər gəlib səni məhv edəcək! Qadının göz yaşı heç vaxt sizi rahat buraxmayacaq”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız