Qadınların girişi qadağan olan yalnız kişilərin daxil ola bildiyi maraqlı yerlər

saytların hazırlanması

Evə çatdırılma

Qadınların girişi qadağan olan yalnız kişilərin daxil ola bildiyi maraqlı yerlər

Dünya

23 Aprel 2025 17:03 367


Dünyanın müxtəlif bölgələrində qadınların girişinə qadağa qoyulan yerlər var. Bu məkanlar dini inanclar, mədəni ənənələr və ya sosial səbəblərlə qadınlara qapalıdır.

Yenisabah.az bu məkanları araşdırıb:

Yunanıstanın Aynoroz (Athos) Yarımadası bu cür yerlərdən biridir. Burada yerləşən 20 pravoslav monastıra qadınların yaxınlaşması belə qadağandır. Qadağa yalnız qadınlara yox, dişi heyvanlara da şamil olunur, istisna yalnız dişi pişiklərə edilir. pizza hut

Yaponiyanın Honşu adasındakı Omine Dağı da qadınların girişinə qapalı olan müqəddəs yerlərdən sayılır. Bu dağa 1000 ildən artıqdır ki, qadınların çıxmasına icazə verilmir. Səbəb olaraq qadınların kişi zəvvarların diqqətini yayındıra biləcəyi göstərilir.

Yaponiyada yerləşən Okinoşima adasına da qadınların ayaq basması qadağandır. Şinto dininə görə müqəddəs sayılan bu adada yalnız kişi rahiblər yaşayır və ildə bir dəfə müəyyən sayda kişi ziyarətçilərə icazə verilir.

Almaniyanın Hamburq şəhərində yerləşən Herbertstrasse küçəsi də yalnız kişilərin girişinə açıqdır. Seks işçiliyi ilə tanınan bu küçəyə qadınlar və 18 yaşdan aşağı şəxslər buraxılmır.

Əfqanıstanın Band-e-Amir Milli Parkı da son illərdə qadınlara qapalı məkanlardan birinə çevrilib. Taliban hökuməti tərəfindən qadınların parka girişi "əxlaq qaydaları" səbəbilə qadağan olunub.

Danimarkada isə bunun əksi olaraq, kişilərin girişinə icazə verilməyən bir otel var – Bella Donna Oteli. Bu oteldə qadınlara xüsusi koridor ayrılıb və həmin əraziyə kişilərin daxil olması qadağandır. Məqsəd qadınların özlərini təhlükəsiz və rahat hiss etmələridir.

Bu məkanlar müxtəlif mədəniyyətlərin qadınlara fərqli yanaşmasını göstərir. Bəziləri qadınlara qadağalar qoyur, bəziləri isə onların rahatlığı üçün xüsusi imkanlar yaradır.

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!