Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin nəzarətindədir -   Video

saytların hazırlanması

Evə çatdırılma

Qafan aeroportu və Qafan-Gorus yolu hərbçilərimizin nəzarətindədir - Video

Hadisə

06 Yanvar 2021 15:54 1874


Yanvarın 6-da Dövlət Sərhəd Xidməti Zəngilanın işğaldan azad edilmiş bölgələrinə media-tur təşkil edib.

Yenisabah.az xəbər verir ki, jurnalistlər Zəngilanın Ağkənd və Qazançı məntəqələrində olublar.

Ağkənd və Qazançı məntəqələri Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşir. Marqarita pizza

Ermənistanın Qafan aeroportu Ağkənd, Qafan-Gorus avtomobil yolu isə Qazançı döyüş məntəqəsinin vizual nəzarətindədir.

Sərhədçilərin xidmət şəraiti ilə tanışlıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə baş çəkilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun hücumu nəticəsində istehkamlar qısa müddətdə yarılaraq, düşmənin müqaviməti sındırılıb. (APA)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!