Azərbaycan ordusu Gorus-Qafan yolunu bağladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ordusu Gorus-Qafan yolunu bağladı

Rəsmi

26 Avqust 2021 10:50 9703


Kapan-Goris (QAfan-Gorus) dövlətlərarası yolu bağlı olaraq qalır.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bir ucu İrana gedən beynəlxalq tranzit marşrutu Azərbaycan ordusunun əsgərləri tərəfindən bağlanılıb.

"Ermənistan səlahiyyətliləri hələlik Azəraycan tərəfinin konkret bir şey tələb etmirlər". pizza hut

Bunu Kapan (Qafan) şəhərinin meri Gevorq Parsyan erməni saytına müsahibəsində bildirib.

"Danışıqlar zamanı azərbaycanlılar bildiriblər ki, yolun bağlanmasının səbəbi iki erməni hərbçinin  azərbaycanlı əsgərə hücum edərək süngü ilə bıçaqlamasıdır".

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi erməni hərbçilərinin iştirakı ilə baş verən insidenti təkzib edib.

Gevorq Parsyanın sözlərinə görə, yeni danışıqlarla yolu açacağı gözlənilir. " Ermənistan və Rusiya sərhəd qoşunlarının nümayəndələri hadisə yerindədir".

Parsyan onu da qeyd etdi ki, Azərbaycan əsgərləri avqustun 25 -də axşam saat 8 radələrində yolu bağladılar. "Vətəndaşlarımız bu ərazidə maşınlarında idilər, rus sərhədçilərinin köməyi ilə təxliyə olunublar. Zərərçəkən yoxdur", - deyən Parsyan mülki əhalinin təxliyə edilmədiyini söyləyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!