Qafan-Gorus yolunda son vəziyyət:   Azərbaycan bununla İrəvana nələr edə biləcəyini göstərir

saytların hazırlanması

Evə çatdırılma

Qafan-Gorus yolunda son vəziyyət: Azərbaycan bununla İrəvana nələr edə biləcəyini göstərir

Rəsmi

26 Avqust 2021 19:56 10089


Qafan-Gorus magistral yolunun Azərbaycan ərazisindən keçən hissəsinin bağlanmasından sonra Şurnuxu, Şahverdilər və Bardzravan kəndinin ana yolla bağlantısı kəsilib.

Yenisabah.az xəbər verir ki, ermənilər Bardzravan kənd icmasının rəhbəri Onik Avagyan deyib.

Onun sözlərinə görə, bu kəndlərdən Gorus-Qafan magistral yoluna çıxmaq üçün mümkün alternativ yollar istifadəyə yararsızdır: “Meşənin yaxınlığında tatevə gedən torpaq yollar pis vəziyyətdədir, orada avtomobillə getmək mümkün deyil”. pizza mizza

Şurnuxu kənd icmasının sədri Akop Arşakyan deyir ki, alternativ yolların düzəldilməsi 15 gün vaxt ala bilər.

Ermənilər Azərbaycan tərəfi ilə danışıqlar aparmaq istəyib. Lakin Azərbaycan tərəfi rus sülhməramlılarının rəhbərliyi ilə danışıq aparıla biləcəyini qeyd edib. Sülhməramlıların rəhbəri Rüstəm Muradov və digər rəhbər şəxslər məzuniyyətdədir.

Sünik (Zəngəzur) qubernatorunun müavini Narek Babayan bildirib ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsinə alternativ olan yolun istifadə edilməsinin mümkünlüyü yoxlanılır.

“Bu yolun bir hissəsi asfaltlanıb, digər işlər davam etdirilir. Lakin iş ilin sonuna başa çata bilər. Hazırda alternativ yola bir yük maşını buraxılıb, əgər bu maşın keçə biləcəksə, digər maşınlar bu yola yönəldiləcək”, - o bildirib.

Qeyd edək ki, Ermənistanın xaricə iki əsas çıxışı var. Biri Dilican (Tavuş) istiqamətində Gürcüstana, digəri Gorus-Qafan yolu ilə İrana gedən yoldur. Azərbaycan bu çıxışlarından birini faktiki bağlamaqla İrəvana nələr edə biləcəyini göstərir./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!