Türkiyə Superkobukunun matçı yarımçıq dayandırılıb.
Yenisabah.az xəbər verir ki, “Fənərbağça” Türkiyə Superkubokunda “Qalatasaray”la keçirilən oyunun üçüncü dəqiqəsində meydanı tərk edib.
Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi 1-ci dəqiqədə Mauro İkardinin "Qalatasaray"ı önə keçirən qolu vurmasından sonra qarşılaşmanı davam etdirməkdən imtina edib. Pepperoni pizza
Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.
“Fənərbağça”ya texniki məğlubiyyətin verilməsi və “Qalatasaray”ın Superkubokun qalibi elan olunması gözlənilir.
Telegram kanalımız