“Qalatasaray” 4 futbolçu ilə müqaviləni uzadır

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” 4 futbolçu ilə müqaviləni uzadır

İdman

17 Oktyabr 2024 10:14 813


Türkiyənin “Qalatasaray” futbol klubu heyətində çıxış edən 4 oyunçu müqaviləni yeniləyir. 5-ci ulduzu hədəfləyən İstanbul nəhəngi 4 kilid futbolçusunu qoruyub saxlamaq niyyətindədir.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub Barış Alpər Yılmaz, Yunus Akgün, Berkan Kutlu və Viktor Nelsonla müqaviləni uzadacaq. “Qalatasaray” sözügedən futbolçuların maaşlarını xeyli dərəcədə artırıb.

Qeyd edək ki, son günlər Barış Alpər Yılmaz və Viktor Nelsonun adı müxtəlif klublarla hallanırdı. Komanda hər iki futbolçu üçün edilən müraciətləri birmənalı şəkildə rədd edir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!