“Qalatasaray” ardıcıl 6-cı qələbəsini qazandı

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” ardıcıl 6-cı qələbəsini qazandı

İdman

14 Fevral 2021 19:10 740


Türkiyə Super Liqasında XXV turda 4 oyunu keçirilib.

Yenisabah.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan “Qalatasaray” ev matçına çıxıb.

Çempionatın son 5 görüşündə qələbə qazanan “cim-bom” uğurlu seriyanı davam etdirib. Fatih Terimin kollektivi elitada qalmağa çalışan “Kasımpaşa”nı minimal hesabla üstələyib. pizza mizza

“Göztəpə”nin qonağı olan son çempion “Başakşəhər” səfərdən xalsız dönüb.

Turnir cədvəlində qonşu olan “Hatayspor”la “Alanyaspor”un duelində isə sülh qeydə alınıb.

Fevralın 15-də keçiriləcək “Gənclərbirliyi” – “Beşiktaş” (17:00) və “Antalyaspor” – “Yeni Malatyaspor” (20:00) görüşləri ilə tur başa çatacaq.

Türkiyə Super Liqası

XXV tur

14 fevral

“Konyaspor” – “Dənizlispor” – 2:0

Abdulkərim Bardakçı, 52, Sekidika, 80

“Qalatasaray” – “Kasımpaşa” – 2:1

Kərəm Aktürkoğlu, 9, Mustafa, 89 (pen.) – Tyelin, 51

“Göztəpə” - “Başakşəhər” – 2:1

Soner Aydoğdu, 24, Zulj, 52 (pen.) – Dəniz Turuc, 59

“Hatayspor” – “Alanyaspor” - 0:0

/Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!