“Qalatasaray” azarkeşlərinə pis xəbər - İkardi zədələndi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” azarkeşlərinə pis xəbər - İkardi zədələndi

İdman

22 Oktyabr 2023 15:55 514


Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi zədələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytında məlumat verilib.  

Hücumçu "Beşiktaş"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın IX tur oyununda sıradan çıxıb. Argentinalı forvard ayaq biləyindən zədə alıb. Marqarita pizza

Klub hücumçunun müalicəsinə başlanıldığını bildirib.

Qeyd edək ki, "Qalatasaray" oktyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniyanın "Bavariya" klubunu qəbul edəcək. İkardinin matçda iştirakı sual altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!